Ferstappendən növbəti rekord
03.09.2023 - 18:58
Ferstappendən növbəti rekord

Bu “Formula-1” üzrə İtaliya Qran-Prisi keçirilib.

Apasport.az saytı xəbər verir ki, “Red Bull” pilotu Maks Ferstappen finiş xəttini birinci keçib.

Hollandiyalı sürücünün komanda yoldaşı Serxio Peres ikinci, “Ferreri”nin təmsilçisi Karlos Sayns isə üçüncü yeri tutub. Bu qələbə sayəsində Ferstappen yeni rekorda imza atıb. O, dalbadal 10 Qran-Prinin qalibi olaraq, Sebastyan Fettel və Alberto Askarinin nəticəsini yaxşılaşdırıb.

Qeyd edək ki, “Red Bull” komandası 2023-cü ildə təşkil olunan bütün yarışların qalibi olub.
 

writer photo
Əlirza Əlirzalı
0