2022-ci ilin məğlubedilməzi
18.05.2022 - 10:57
2022-ci ilin məğlubedilməzi

“Liverpul” İngiltərə Premyer Liqasının XXXVII turunda “Sauthempton”u səfərdə 2:1 hesabı ilə məğlub edib.

Apasport.az saytının məlumatına görə, “qırmızılar” əzmkar qələbə qazandığı görüşdə uğurlu seriyasını davam etdirib.

Yurgen Kloppun yetirmələri 2022-ci ildə Premyer Liqa çərçivəsində keçirdiyi görüşlərin heç birində məğlubiyyət üzü görməyib. Bu il komanda ölkə çempionatında keçirdiyi 18 qarşılaşmanın 15-də qələbə qazanıb, 3-də heç-heçə edib. “Liverpul” məğlubiyyətsiz irəliləyən yeganə komandadır.

Qeyd edək ki, sona bir tur qalmış ikinci pillədə qərarlaşan “Liverpul” (89 xal) lider “Mançester Siti”dən 1 xal geri qalır.
 

writer photo
Əlirza Əlirzalı
0