“İlkayın sakitliyi məni valeh edir. Evli olsam da, onu sevirəm və onun heyranıyam”.
Apasport.az saytı xəbər verir ki, “Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola komandanın kapitanı İlkay Gündoğan haqda xoş sözlər deyib.
52 yaşlı ispaniyalı mütəxəssis mövsümün sonunda ingilis klubu ilə müqaviləsi bitəcək türk əsilli alman futbolçunun çox danışmamasını üstünlüyü sayır: “Kapitanımız sakitliyi ilə hər kəsi valeh edir. Az danışsa da, hər zaman komanda yoldaşları onun dediklərini diqqətlə dinləyir”.
Qeyd edək ki, İlkay ispan mütəxəssisin “şəhərlilər”in baş məşqçisi təyin edildikdən sonra həyata keçirdiyi ilk transferdir. Mövsümün sonunda “Mançester Siti” ilə müqaviləsi bitəcək 32 yaşlı yarımmüdafiəçi 44 matçda 5 qol və 5 assistlə yadda qalıb.