Qvardiolanın gözü Musialada
27.10.2023 - 13:57
Qvardiolanın gözü Musialada

“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola “Bavariya”nın oyunçusu Camal Musialanın transferində maraqlıdır.

Apasport.az xəbər verir ki, ispaniyalı mütəxəssis gələcəkdə Kevin De Bryynenin yerini almaniyalı yarımmüdafiəçi ilə doldurmağı planlaşdırır.

Gənc oyunçu 2020-ci ildən Münhen təmsilçisinin heyətində çıxış edir. Qvardiola Camalın bir neçə il ərzində dünyada ən yaxşı onluqda yer alacağı qənaətindədir.

Qeyd edək ki, 20 yaşlı vingerlə “Real” və “Liverpul” klubları yaxından maraqlanır.
 

writer photo
Əlirza Əlirzalı
0