Rafinya “Barselona” ilə müqavilə bağladı
11.07.2022 - 11:32
Rafinya “Barselona” ilə müqavilə bağladı

“Lids”in hücumçusu Rafinyanın yeni klubu müəyyənləşib.

Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, 25 yaşlı futbolçu “Barselona” ilə müqavilə imzalayıb.

Braziliya millisinin üzvünün kataloniyalılarla müqaviləsi 2027-ci ilin yayına kimi nəzərdə tutulub. Forvardın illik maaşı 6 milyon avro olacaq. “Barselona” Rafinyanın transferi üçün “Lids”ə təxminən 55 milyon avro ödəyəcək.

Qeyd edək ki, Rafinya “Lids”ə 2020-ci ildə “Renn”dən keçib.

writer photo
Əlirza Əlirzalı
0