"Lill" "Marsel"i 3 qolla məğlub edib
06.04.2024 - 10:54
"Lill" "Marsel"i 3 qolla məğlub edib

Fransa Liqa 1-in 28-ci həftəsində "Lill" öz meydanında "Marsel"i qəbil edib. 

Apasport.az xəbər verir ki, görüş ev sahibinin 3:1 hesablı qələbəsi ilə başa çatıb. 

"Lill"in qollarını 54-cü dəqiqədə Conatan David, 71-ci dəqiqədə Kabella və 84-cü dəqiqədə Qudmundsson penaltidən vurub. "Lill"in futbolçusu İsmail 81-ci dəqiqədə topu öz qapısına göndərərək "Marsel"in yeganə qoluna imza atıb.

Qeyd edək ki, bu nəticə ilə "Lill" xallarını 49-a çatdırıb. Marsel 39 xalda qalıb.

writer photo
Əlirza Əlirzalı
0