“Şahdağ Qusar”dan 9 cavabsız qol
06.11.2023 - 16:33
“Şahdağ Qusar”dan 9 cavabsız qol

Azərbaycan çempionatının II Liqasında X tura start verilib.

Apasport.az xəbər verir ki, ilk oyun günündə 3 qarşılaşma keçirilib.

“Şahdağ Qusar” evdə 9, “Qusar” isə səfərdə 4 cavabsız qolla rəqibini darmadağın edib. “Kür-Araz” səfərdə 2 cavabsız topla rəqibini məğlub edərək 3 xalı aktivinə yazdırıb.

Qeyd edək ki, tura sabah yekun vurulacaq.

II liqa
X tur
6 noyabr
14:00. “Şahdağ Qusar” – “Dinamo” – 9:0

Tural Qurbatov, 3, 57, 86; Salman Atulxanov, 4; Ruslan Ağalarov, 31,60; Kamran Qürbətov, 38; Rahid Əmirquliyev, 63; Rubin Seyidov,77.

14:30. “Şəfa” – “Qusar” – 0:4
Kazbək Qafarov, 38; Firudin Ağalarov, 65, 90; Orxan Qurbanlı, 76.

14:30. “Ağdaş” – “Kür-Araz” – 0:2
Cavid İmamverdiyev, 64; Ramazan Abbasov, 75.
 

writer photo
Əlirza Əlirzalı
0