Rafinyaya iki müştəri
15.11.2023 - 15:45
Rafinyaya iki müştəri

"Çelsi" və "Nyukasl" "Barselona"nın hücumçusu Rafinya ilə maraqlanır.

Apasport.az xəbər verir ki, London klubu oyunçunun transferi ilə bağlı kataloniyalılarla danışıqları davam etdirir. 

"Zadəganlar" artıq ötən il futbolçunu komandaya cəlb etmək istəsə də braziliyalı vinger “Barselona”da qalmağı seçmişdi.

Qeyd edək ki, bu keçid baş tutarsa, ingilis klubu ispanlara 60 milyon avro ödəməli olacaq.

writer photo
Əlirza Əlirzalı
0