Ranyeridən imtina
17.09.2022 - 16:17
Ranyeridən imtina

Klaudio Ranyeri “Montsa”nı çalışdırmaqdan imtina edib.

Apasport.az saytının məlumatına görə, 70 yaşlı mütəxəssis əvvəllər də baş məşqçisi olduğu komandaya qayıtmaq istəməyib.

Covanni Stroppanı istefaya göndərən klub rəhbərliyi Ranyeriyə təklif göndərib. Lakin mütəxəssis bu variantı rədd edib.

Qeyd edək ki, “Montsa”nı müvəqqəti baş məşqçi Raffaele Palladino çalışdırır.

writer photo
Əlirza Əlirzalı
0