Rasmus Hoylund qol həsrətində
26.12.2023 - 14:04
Rasmus Hoylund qol həsrətində

Danimarkalı futbolçu Rasmus Hoylundun qol həsrəti davam edir.

Apasport.az xəbər verir ki, "Mançester Yunayted"in hücumçusu keçirdiyi 14 matçın 11-də ilk “11-lik”də yer alıb. 

20 yaşlı futbolçunun Premyer Liqada 14 oyundur qol və assisti yoxdur. "Qırmızı şeytanlar"ın baş məşqçisi Erik Ten Haq  buna baxmayaraq oyunçunun komandada qalmasını istəyir. 

Qeyd edək ki, Rasmus 73,9 milyon avroya “Atalanta”dan transfer olunub.
 

writer photo
Əlirza Əlirzalı
0