Raul ingilislərə “yox” dedi - SƏBƏB
07.02.2023 - 12:16
Raul ingilislərə “yox” dedi - SƏBƏB

Madrid “Real”ının ikinci komandasında işləyən Raul Qonsales “Lids” klubunun baş məşqçisi olmaq təklifini qəbul etməyib. 

Apasport.az saytının məlumatına görə, 46 yaşlı ispan mütəxəssis postundan qovulan Cessi Marşı əvəzləmək istəməyib.

O, yeni baş məşqçi axtaran İngiltərə təmsilçinin rəhbərliyinə mövsümün yarısında komandanın “sükanı arxasına” keçməyin əleyhinə olduğunu deyib.

Qeyd edək ki, “Lids” Premyer Liqada 20 oyundan topladığı 18 xal toplayıb və  turnir cədvəlinin 17-ci pilləsindədir.

writer photo
Əlirza Əlirzalı
0