Raysa Almaniyadan müştəri
19.05.2023 - 15:17
Raysa Almaniyadan müştəri

“Vest Hem”in futbolçusu Deklan Rays daha bir klubun transfer siyahısına düşüb.

Apasport.az saytının məlumatına görə, yarımmüdafiəçiyə “Bavariya” da müştəri çıxıb.

Almaniya klubu Raysı yayda heyətinə qatmaq istəyir. Münhenlilərin baş məşqçisi Tomas Tuxel ingiltərəli futbolçunu sərəncamında görmək arzusundadır.

Mütəxəssis “Çelsi”də çalışdığı vaxt da onun transferini rəhbərlikdən istəyib. “Bavariya”nın bu keçidi reallaşdırmasına “Vest Hem”in maliyyə tələbləri mane ola bilər. Londonlular Rays üçün 100 milyon avro istəyir.

Qeyd edək ki, Deklanın xidmətində “Arsenal” da maraqlıdır.

writer photo
Əlirza Əlirzalı
0