“Real” “Atletiko”nun hücumçusuna göz dikdi
10.10.2022 - 00:44
“Real” “Atletiko”nun hücumçusuna göz dikdi

“Atletiko”nun hücumçusu Joao Feliks mövsümün sonunda komandasını dəyişə bilər.

Apasport.az saytının məlumatına görə, Portuqaliya millisinin üzvünün Madridin digər təmsilçisi “Real”a keçmək variantı yaranıb.

“Kral klubu” hücum xəttini 22 yaşlı oyunçu ilə gücləndirməkdə maraqlıdır. Madridlilər həm hücumun cinahlarında, həm də pleymeyker mövqeyində oynamağı bacaran Feliks üçün yay fasiləsi öncəsi “Atletiko” ilə danışıqlar aparacaq. Bu transferin reallaşması üçün “Real” minimum 70 milyon avrosundan keçməli olacaq.

Qeyd edək ki, Joao Feliksin “Atletiko” ilə müqavilə müddəti 2026-cı ilə qədərdir.

writer photo
Əlirza Əlirzalı
0