“Real” Bellinqemin transferini həll etdi – 103 milyona
08.06.2023 - 11:58
“Real” Bellinqemin transferini həll etdi – 103 milyona

Madrid “Real”ı yarımmüdafiəçi Cud Bellinqem transferini tamamlayıb.

Apasport.az saytı xəbər verir ki, 19 yaşlı yarımmüdafiəçinin transferi Dortmund “Borussiya”sı tərəfindən də təsdiqlənib.

İspaniya klubu ingilisin keçidi qarşılığında almanlara 103 milyon avro ödəyəcək. Bellinqemlə 6 illik müqaviləni rəsmiləşdirəcək “Kral klubu” oyunçuya illik təxminən 12 milyon avro maaş verəcək.

Qeyd edək ki, son mövsümdə 42 matçda meydançaya çıxan Cud 14 qol və 6 assistlə yadda qalıb.

writer photo
Əlirza Əlirzalı
0