"Real" Karvaxalla müqavilə müddətini uzatdı
30.01.2024 - 15:43
"Real" Karvaxalla müqavilə müddətini uzatdı

"Real" Dani Karvaxalla müqavilə müddətini uzadacaq.

Apasport.az xəbər verir ki, rəhbərlik 32 yaşlı müdafiəçiyə "1+1 illik" yeni sözləşmə təklif edib.

2013-cü ildən İspaniya klubunun şərəfini qoruyan ispaniyalının hazırkı müqaviləsinin müddəti 2025-ci ildə başa çatacaq.

Qeyd edək ki, Karvaxal komanda ilə 3 dəfə La Liqanın, 5 dəfə UEFA Çempionlar Liqasının qalibi olub. 

writer photo
Əlirza Əlirzalı
0