“Real Madrid” Kurtuanın əvəzləyicisini "Milan"da tapdı
22.03.2024 - 13:44
“Real Madrid” Kurtuanın əvəzləyicisini "Milan"da tapdı

"Real Madrid" dizindən yeni zədə alan qapıçı Tibo Kurtuaya əvəzləyici axtarır.

Apasport.az "Fichajes" nəşrinə istinadla xəbər verir ki, "kral" klubunun skautları diqqətlərini A Seriyasına yönəldiblər.

"Milan"ın qapıçısı Mayk Maynyan "Los Blancos"un diqqət mərkəzinə düşüb. "Real Madrid" 28 yaşlı fransızı yay "transfer pəncərəsi"ndə heyətinə qatmağı düşünür.

Qapıçının bazar dəyəri 40 milyon avro olaraq qiymətləndirilir. Mayk 2021-ci ilin yayından “rossoneri”də çıxış edir. Tərəflər arasında müqavilə müddəti 2026-cı ilin ortalarına qədər hesablanıb. A Seriyasının cari mövsümündə Maignan 26 oyun keçirib və 31 qol buraxıb.

writer photo
Əlirza Əlirzalı
0