"Araz-Naxçıvan"-"Zirə" qarşılaşmasının stadionu yenidən dəyişdirildi
09.01.2024 - 17:57
"Araz-Naxçıvan"-"Zirə" qarşılaşmasının stadionu yenidən dəyişdirildi

“Araz-Naxçıvan”la “Zirə” arasında keçiriləcək yoldaşlıq oyununun məkanı yenidən dəyişdirilib.

Apasport.az xəbər verir ki, bu barədə Naxçıvan təmsilçisinin rəsmi saytı məlumat yayıb. 

Bildirilib ki, oyun sabah – yanvarın 10-da, saat 15:00-da “Dalğa Arena”da start götürəcək.  

Bundan öncə isə qarşılaşmanın Bakı Olimpiya Stadionunda keçirilməsi planlaşdırılmışdı. Daha sonra isə matçın Zirə İdman Kompleksinin stadionunda keçirilməsi bildirilmişdi.

writer photo
Əlirza Əlirzalı
0