"Real Madrid" yayın sonunda yeni ulduz ala bilər
15.08.2024 - 17:31
"Real Madrid" yayın sonunda yeni ulduz ala bilər

"Real Madrid" yaxın gələcəkdə heyətinə yeni futbolçu cəlb edə bilər.

Apasport.az "Todofichajes" portalına istinadla xəbər verir ki, "Real Madrid" yay "transfer pəncərəsi"nin son günlərində Alfonso Devis üçün "Bavariya"ya təklif göndərməyi planlaşdırır.  

23 yaşlı kanadalının "Bavariya" ilə müqaviləsi gələn yay bitəcək.

“Real” Devis üçün 35 milyon avrodan çox pul ödəmək fikrində deyil.
 

writer photo
Əlirza Əlirzalı
0