Vinisius adını "Real"ın tarixinə yazdırdı
15.01.2024 - 09:18
Vinisius adını "Real"ın tarixinə yazdırdı

"Real"ın hücumçusu Vinisius Junior rekord müəllifi olub.

Apasport.az xəbər verir ki, braziliyalı İspaniya Superkubokunun finalının ilk yarısında "Barselona"nın qapısına 3 qol vurub.

O, 7, 10 və 39-cu dəqiqələrdə fərqlənib. 23 yaşlı futbolçu XXI əsrdə "El-klassiko"da ən sürətli het-trikin müəllifi olub.

Qeyd edək ki, matçı 4:1 hesablı qələbə ilə tamamlayan “Kral klubu” İspaniya Superkubokunu öz muzeyinə aparıb. 

writer photo
Əlirza Əlirzalı
0