"Real Madrid"dən tarixi rekord
24.07.2024 - 13:33
"Real Madrid"dən tarixi rekord

La Liqa nəhənglərindən "Real Madrid" həm meydanda, həm də meydandan kənarda böyük uğurlar qazanmağa davam edir.

Apasport.az xəbər verir ki, İspaniya klubu son maliyyə hesabatı ilə tarixi rekord qırıb. 

Klub 2023/2024 mövsümündə oyunçu satışından əldə olunan məbləği nəzərə almasaq, 1 milyar 73 milyon avro gəlir əldə etdiyini açıqlayıb. "Real" tarixdə 1 milyarddan çox gəlir əldə edən ilk klub oldu. 

"Kral klubu"nun ötən mövsüm xalis gəliri 16 milyon avro olub. 

writer photo
Əlirza Əlirzalı
0