“Real” onu satışa çıxardı
25.04.2023 - 16:56
“Real” onu satışa çıxardı

“Real” Aurelien Çuamenini satışa çıxarıb.

Apasport.az saytı xəbər verir ki, Madrid təmsilçisi ötən yay "Monako"dan 80 milyon avroya aldığı futbolçunun çıxışından narazı olduğu üçün belə qərar verib.

İspanlar Fransa millisinin üzvünü "Mançester Yunayted"ə gedən Kazemironun əvəzedicisi kimi görsələr də, yarımmüdafiəçi ümidi doğrultmayıb. “Kral klubu” məhz bu səbəbdən 23 yaşlı Çuamenini yaxşı təklif gələcəyi halda buraxmağa hazır olduğunu bəyan edib.

Qeyd edək ki, Aurelien bu mövsüm bütün yarışlarda 39 oyuna çıxıb və 4 məhsuldar ötürmə edib. Futbolçunun “Real”la 2028-ci ilə qədər müqaviləsi var.

writer photo
Əlirza Əlirzalı
0