“Real”ın yeni transfer həyata keçirə bilməməsinin səbəbi müəyyənləşib.
Apasport.az saytının məlumatına görə, “kral klubu” maliyyə feyr-pleyi səddinə ilişib.
İndiki durumda İspaniya çempionu ən azı iki futbolçusunu satmalıdır ki, istədiyi yeni hücumçunu heyətinə qata bilsin. Rəhbərlik Dani Sebalyos, Borxa Mayoral, Mariano Diaz və Marko Asensiodan azı ikisi ilə yolları ayırmaq niyyətindədir. Hətta tez-tez zədələndiyi üçün komandaya xeyir verməyən Eden Azarın gedişi də istisna edilmir.
Çempionlar Liqasının son qalibi hansı hücumçunu transfer edəcəyini hələ müəyyənləşdirməyib. Ancaq rəhbərlik onun təxminən 30 yaş civarında olmasını, ucuz başa gəlməsini və mövsümdə 10-12 qol vurmasını istəyir.