“Real”da daha bir itki
19.12.2023 - 21:18
“Real”da daha bir itki

“Real” daha bir itki ilə üzləşib.

Apasport.az xəbər verir ki, Ferlan Mendi “Alaves”lə oyunu buraxacaq.

Buna fransalı müdafiəçinin zədələnməsi səbəb olub. O, 10 gün müddətinə sıradan çıxıb. La Liqanın XVIII turunun görüşünü Dani Karvaxal da buraxacaq.

Qeyd edək ki, “Alaves” – “Real” matçı dekabrın 21-də keçiriləcək.
 

writer photo
Əlirza Əlirzalı
0