“Real”da növbəti itki
18.02.2023 - 17:08
“Real”da növbəti itki

“Real” daha bir itki ilə üzləşib.

Apasport.az saytının məlumatına görə, Orelyen Tçuameni “Osasuna” ilə bugünkü matçda iştirak etməyəcək.

Yarımmüdafiəçi soyuqdəymədən əziyyət çəkir. Bu üzdən Orelyen La Liqanın bu matçını buraxacaq.

Qeyd edək ki, Kərim Benzema və Toni Kroos da bu görüşü buraxacaq.
 

writer photo
Əlirza Əlirzalı
0