“Real”da qalacaq
10.09.2022 - 11:21
“Real”da qalacaq

Mariano Dias “Real”da qalmağa qərar verib.

Apasport.az saytının məlumatına görə, hücumçu İspaniya klubu ilə müqaviləsinin uzadılmasını istəyir.

Cari mövsüm ehtiyatda qalan və hələ şans qazanmayan dominikanlı Madriddən getmək fikrində deyil. 2018-ci ildən “Kral klubu”nda çıxış edən forvardın müqaviləsi 2023-cü ilin yayında başa çatacaq. 29 yaşlı futbolçu bu müddətin uzadılmasının tərəfdarıdır. 

Qeyd edək ki, Dias ötən mövsüm 11 oyunda 1 qol vurub.
 

writer photo
Əlirza Əlirzalı
0