“Real”dan əsrin antirekordu
26.04.2023 - 11:30
La Liqanın XXXI turu Madrid “Real”ı üçün uğursuz alınıb.
Apasport.az saytı xəbər verir ki, “Kral klubu” “Jirona” ilə səfər matçında antirekorda imza atıb.
Karlo Ançelottinin komandası 2:4 hesabı ilə uduzmaqla, XXI əsrdə La Liqada ilk dəfə bir matçda qapısında 4 qol görüb. Bu isə tarixə antirekord kimi düşüb.
"Jirona"nın hücumçusu Valentin Kastelanos isə "Real"ın qapısına 4 qol vuraraq ilkə imza atıb. 24 yaşlı argentinalı forvard XXI əsrdə La Liqada madridlilərlə oyunda poker edən ilk futbolçu olub. Kastelanos matçın 12, 24, 46 və 62-ci dəqiqələrində fərqlənib.
0
0