“Real”ın Benzema qərarı
22.11.2022 - 17:32
“Real”ın Benzema qərarı

“Real” qış fasiləsində yeni hücumçu transferi planlaşdırmır.

Apasport.az saytının məlumatına görə, madridlilər hazırkı qolçusu Kərim Benzemaya güvənməkdə davam edəcək.

34 yaşlı forvard zədədən əziyyət çəksə də, rəhbərlik ona alternativ axtarmır. Həm klub prezidenti Florentino Peres, həm də baş məşqçi Karlo Ançelotti müqaviləsinin sonuna – yəni 2024-cü ilin yayına qədər Benzemanı əsas hücumçu qismində görür.

Qeyd edək ki, Kərim Benzema bu mövsüm “Real”ın heyətində 12 oyunda 6 qol vurub, 1 assist edib.

writer photo
Əlirza Əlirzalı
0