Şotlandiya futbolunda qəribə hadisə baş verib.
Apasport.az saytının məlumatına görə, qadınlar arasında ölkə çempionatı çərçivəsində “İnverness”lə “Sent-Mirren” arasında keçirilən oyunda ikincilərin kapitanı Ceyn Otoole görülməmiş müayinə metodundan istifadə edib.
Qarşılaşmanın gedişində top uğrunda mübarizə zamanı qorxunc zədə alan Otoolenin diz qapağı yerindən çıxıb. Maraqlıdır ki, futbolçu dəhşətli ağrılar içində qapağı yumruqlaya-yumruqlaya yerinə qaytarıb. Bu ağır zədəyə baxmayaraq, o, gözlənilməz şəkildə ayağa qalxaraq mübarizəni davam etdirib və 90 dəqiqəni əvəz edilmədən keçirib.
Görüş isə “İnverness”in 7:0 hesablı qələbəsi ilə yekunlaşıb.