“Real”ın braziliyalıları müqaviləni uzadır
05.07.2022 - 13:00
Braziliyalı futbolçular Rodriqo, Eder Militao və Vinisyus Junior “Real”la müqavilələrini uzadacaqlar.
Apasport.az saytının məlumatına görə, hər üç oyunçu ilə bu barədə anlaşma əldə edilib.
Yeni imzalanacaq sazişə əsasən, Vinisyus 2026, digər iki oyunçu isə 2028-ci ilə qədər “kral klubu”na məxsus olacaq. Onların hər birinin sərbəst qalma bəndi 1 milyard avro təşkil edəcək.
Madridlilərin Rodriqoya inamı daha böyükdür. Prezident Florentino Peresin gələcəkdə “Qızıl top” qazanacağını düşündüyü “sambaçı”nın maaşı 4 milyon avrodan 7 milyona artırılacaq.
0
0