“Real”ın futbolçusu Mərakeş yığmasında oynamağa razılıq verdi
26.01.2023 - 12:44
“Real”ın futbolçusu Mərakeş yığmasında oynamağa razılıq verdi

Madrid "Real"ının ispaniyalı futbolçusu Brahim Diaz Mərakeş millisində çıxış edəcək.

Apasport.az saytı xəbər verir ki, İtaliya "Milan"ında icarə əsasında çıxış edən yarımmüdafiəçi Afrika təmsilçisinin formasını geyinməyə razılıq verib. 

23 yaşlı futbolçu artıq yığmanın martda keçiriləcək təlim-məşq toplanışına dəvət edilib. 

Qeyd edək ki, Malaqada doğulan Diazın Mərakeş köklərinin olduğu bildirilir. Qətərdə keçirilən dünya çempionatından əvvəl ona millidə oynamaq təklif olunsa da, bundan imtina etmişdi

writer photo
Əlirza Əlirzalı
0