Davit Volkov mütləq rekorda imza atıb
05.08.2024 - 11:29
Davit Volkov mütləq rekorda imza atıb

“Zirə”nin hücumçusu Davit Volkov Misli Premyer Liqasının 2024/25 mövsümünün ilk het-trikinə imza atıb. 

Apasport.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, gürcüstanlı futbolçu bununla Azərbaycan çempionatları tarixinə düşüb.

O, ən çox het-trik edən legioner adına yiyələnib.

“Zirə”də ikinci dəfə belə uğura imza atan Volkov “Sabah”ın heyətində də bir het-trik müəllifi olub. Üç het-trikə imza atan ilk legioner kimi tarixə düşən gürcüstanlı hərəyə iki dəfə fərqlənən Əhməd Ticani, Junivan Suares, Anatoli Doroş, Bahodir Nasimov və Reynaldo Silvanı arxada qoyub.
 

writer photo
Əlirza Əlirzalı
0