“Real”ın maraqlandığı almaniyalı hücumçu
31.07.2022 - 23:25
“Real”ın maraqlandığı almaniyalı hücumçu

“Maynts”ın futbolçusu Conatan Burkardt karyerasını İspaniyada davam etdirə bilər.

Apasport.az saytının məlumatına görə, 22 yaşlı hücumçu “Real”ın transfer gündəmindədir.

Almaniyalının keçidi “kral klubu”na digər variantlardan qat-qat ucuz başa gələ bilər. Ancaq madridlilər bunun üçün ilk növbədə hücumçuları Mariano Diaz və ya Borxa Mayoralla yollarını ayırmalıdır. 

Qeyd edək ki, Conatan Burkardt ötən mövsüm “Maynts”ın heyətində bütün turnirlərdə 37 oyunda 14 qol vurub, 4 məhsuldar ötürmə verib. Onun klubla müqaviləsi 2024-cü ilin yayına qədərdir.

writer photo
Əlirza Əlirzalı
0