Renatın komandası son dəqiqədə xal itirdi
13.01.2024 - 17:24
Renatın komandası son dəqiqədə xal itirdi

Türkiyə Super Liqasının 20-ci həftəsində " Hatayspor" öz meydanında "Pendikspor"u qəbul edib .

Apasport.az xəbər verir ki, matçın ilk hissəsində qol olmasa da, 47-ci dəqiqədə səhnəyə çıxan Riqoberto Rivas vurduğu qolla "Hatayspor"u 1:0 önə keçirib.

90+4-cü dəqiqədə bu qola Leandro Kappel cavab verib və görüş 1:1 hesablı bərabərliklə yekunlaşıb.

Meydan sahibləri xallarını 21-ə, qonaq komanda “Pendikspor” isə xallarını 16-ya yüksəldib. 

Qeyd edək ki, millimizin üzvü Renat Dadaşov matça start heyətlə başlasa da, sonradan meydanı tərk edib. 

writer photo
Əlirza Əlirzalı
0