Levandovskiyə kubok veriləcək
15.10.2022 - 15:11
Levandovskiyə kubok veriləcək

“France Football” nəşri bu ildən Gerd Müller kubokunu təsis edib.

Apasport.az saytının məlumatına görə, ilk mükafatı “Barselona”nın və Polşa yığmasının hücumçusu Robert Levandovski qazanacaq.

Bu titul əvvəlki mövsümdə klub və millinin heyətində rəsmi oyunlarda ən çox qol vuran futbolçuya verilir. Ötən mövsüm Levandovski “Bavariya” və Polşa yığmasının heyətində ümumilikdə 57 qol vurub.

Mükafat oktyabrın 17-də Parisdə keçiriləcək qala gecəsində təqdim olunacaq.

writer photo
Əlirza Əlirzalı
0