“Ödənişli” rekord təkrarlandı: Avqustda 66 uduş
31.08.2023 - 12:50
“Ödənişli” rekord təkrarlandı: Avqustda 66 uduş

Proqnozsevərlərə yüksək dəqiqlik ehtimallı “Ödənişli” kuponlar təklif edən “Apasport” rekord göstəriciyə imza atıb. Mütəxəssis komandamız özünün ən yüksək nəticəsini təkrarlayıb.

Avqustda müştərilərə təklif edilən “Ödənişli”lərdə 66 uduş qeydə alınıb. Bu, tarixin ən yüksək göstəricisinin təkrarıdır.

İyul ayında da 66 belə variant betterlərə qazanc gətirib. Lakin ötən ayla müqayisədə avqustun bitməsinə bir gün qalıb. Bu da yeni rekordun rəsmiləşməsi ehtimalı yaradır.

Arxada qalan 30 gündə orta hesabla 2,20 “Ödənişli” dəqiq alınıb. Bu variantlar ümumilikdə 215,18 əmsallıq qazanc gətirib. Günlük orta qazanc 7,17 əmsala bərabərdir. İyuldakı 66 uduşlu “Ödənişli” 211,99 əmsallıq qazancla yadda qalmışdı.

Avqustun arxada qalan 30 günündən yalnız ikisində “Ödənişli”də uduş olmayıb. Bir dəfə mütləq rekord – 6 uduş qeydə alınıb. Dörd gün 4 uduşla tamamlanıbsa, yeddi dəfə 3 “Ödənişli” sevinclə yekunlaşıb. Eyni sayda – 7 gündə “dubl” rəsmiləşibsə, doqquz günü 1 uduşla tamamlamaq mümkün olub.

Qeyd edək ki, ay ərzində artıq ümumilikdə 291 uduş yaşanıb.

writer photo
Əlirza Əlirzalı
0