Azərbaycan çempionundan daha 2 transfer
16.07.2022 - 11:33
Azərbaycan çempionundan daha 2 transfer

Futzal üzrə Çempionlar Liqasında çıxış edəcək “Araz-Naxçıvan” transfer çalışmalarını davam etdirir.

Apasport.az saytı xəbər verir ki, baş məşqçi Joze Alesio da Silvanın istəyi ilə klub rəhbərliyi ötən mövsümü “Neftçi” İK-da keçirən Cavad Məmmədov və U-19-un yetirməsi Xəzər Ağalızadə ilə anlaşıb.

Qapıçı olan 21 yaşlı Məmmədov millinin də toplanışlarına dəvət edilir. Hətta o, ötən ilin aprelində Bakıda Avropa çempionatının seçmə qrup mərhələsi çərçivəsində Yunanıstanla keçirilmiş matçda millinin heyətində debüt edib. 

Ağalızadə isə son 3 ildə U-19-un formasını geyinib və bu komandanın heyətində Avropa çempionatının seçmə mərhələsində iştirak edib. 19 yaşlı futzalçı hətta bir dəfə A millinin Ukrayna ilə ötən ilin dekabrında keçirdiyi yoldaşlıq oyunlarına cəlb edilib, amma məşq prosesində zədələndiyinə görə, debütü alınmayıb.

Qeyd edək ki, Azərbaycan çempionu “Araz-Naxçıvan” buna qədər Rövşən Hüseynli, eləcə də braziliyalı Mateus Katatau, Vitao və Viktor Uqo Piresa ilə müqavilə imzalayıb. Komanda yeni mövsümün hazırlığına avqustun 10-da start verəcək.

writer photo
Əlirza Əlirzalı
0