Fenandu Santuşa əvəzləyici
15.12.2022 - 15:00
Fenandu Santuşa əvəzləyici

Portuqaliya millisinin baş məşqçisi postuna əsas namizəd bəlli olub.

Apasport.az saytının məlumatına görə, DÇ-2022-dəki uğursuzluqdan sonra postundan göndəriləcəyi gözlənilən Fernandu Santuşu Joze Mourinyo əvəzləyə bilər.

Təcrübəli mütəxəssislə ilkin danışıqlar da aparılıb. Bu təyinata Mourinyonun “Roma” ilə müqaviləsinin olması maneçilik yarada bilər. Portuqaliyalı 2024-cü ilin yayına qədər klubu çalışdırmalıdır.

Mourinyo mövsümün gedişində klubdan ayrılmayacaq. Razılıq əldə olunsa, o, yayda yığmanın sükanı arxasına keçəcək. Mütəxəssisə DÇ-2026-nın sonuna qədər nəzərdə tutulan müqavilə təklif edilib. Hazırda U-21-ə rəhbərlik edən Rui Jorje isə müvəqqəti baş məşqçi təyin oluna bilər.

Qeyd edək ki, Portuqaliya DÇ-2022-də mübarizəni 1/4 finalda dayandırıb.
 

writer photo
Əlirza Əlirzalı
0