Reqilon “Mançester Yunayted”dən “Tottenhem”ə qayıdır
02.01.2024 - 18:58
Reqilon “Mançester Yunayted”dən “Tottenhem”ə qayıdır

Müdafiəçi Serxio Reqilon "Tottenhem"ə qayıdır.

Apasport.az xəbər verir ki, “Mançester Yunayted” 27 yaşlı futbolçunun icarəyə xitam verilməsi bəndini aktivləşdirib.

Reqilon “Mançester Yunayted”in heyətində 12 rəsmi oyun keçirib, fərqlənə bilməyib.

Qeyd edək ki, nüfuzlu Transfermarkt portalının mütəxəssisləri Serxio Reqilonu 10 milyon avro qiymətləndirirlər. 
 

writer photo
Əlirza Əlirzalı
0