Reşford müqaviləni uzadır
18.07.2023 - 00:00
Reşford müqaviləni uzadır

“Mançester Yunayted” futbolçusu Markus Reşfordla müqaviləni uzadacaq.

Apasport.az saytının məlumatına görə, tərəflər arasında bununla bağlı şifahi razılıq əldə olunub.

25 yaşlı hücumçunun yeni anlaşması 2028-ci ilədək nəzərdə tutulacaq. Onun indiki müqaviləsi 2024-cü ilin yayında başa çatacaq.

Qeyd edək ki, Reşford 2016-cı ilin yanvarından “Mançester Yunayted”də çıxış edir.

writer photo
Əlirza Əlirzalı
0