Risksiz əfsanəvi qarşıdurma? - Dmitri Aleniçev
29.05.2022 - 12:13
Risksiz əfsanəvi qarşıdurma? - Dmitri Aleniçev

Bu gün Rusiya kubokunun finalında “Spartak” və “Dinamo” üz-üzə gələcək.

Apasport.az saytının məlumatına görə, Rusiya millisinin sabiq futbolçusu Dmitri Aleniçev Moskva derbisinə proqnoz verib.

“Lokomotiv”, “Spartak”, “Porto” kimi klublarda oynamış, karyerası ərzində Çempionlar kuboku və UEFA kubokunu qazanmış ulduz qarşılaşmada favorit görmür:

Bu, çoxlarının gözlədiyi əfsanəvi qarşıdurmadır. Hər iki komanda mövsümü təxminən bərabər keçirib. “Spartak”dan çox danışılıb deyə hər şey aydındır. “Dinamo” isə mövsümün bahar hissəsinə qədər favoritlərdən sayılırdı. Amma yekunda titulu “Zenit” qazandı.

Bu görüş öncəsi bütün futbolçuların hazır olması və hər iki komandanın maksimal dərəcədə güclü heyətlə çıxmasını istərdim. Ehtimal edirəm ki, ilk 45 dəqiqə ehtiyatlı oyun olacaq. Heç kim risk etmək istəməyəcək. Məğlubiyyətin qiyməti çox yüksəkdir. Ona görə də hücum futbolu gözləməyə dəyməz.

İkinci hissədə hər şey fərqli gedə bilər. Əksər azarkeşlər öz komandalarının qələbəsini gözləyəcək. Amma mənim təxminim 3,40 əmsala malik heç-heçədir.

Proqnozum: Heç-heçə
 

writer photo
Əlirza Əlirzalı
0