“Roma”da yeni vinger
21.11.2022 - 17:33
“Roma”da yeni vinger

“Roma” heyətinə yeni futbolçu qatacaq.

Apasport.az saytının məlumatına görə, “Bodo Qlimt”in vingeri Ola Solbakken İtaliya təmsilçisinə keçəcək.

24 yaşlı futbolçu yaxın saatlarda Romaya yollanacaq. O, tibbi müayinədən sonra müqavilə imzalayacaq.

Solbakken yeni klubuna azad agent kimi qoşulacaq. Belə ki, onun müqaviləsi dekabrın 31-də başa çatacaq.

Qeyd edək ki, “Roma” ilə Solbakken arasında şifahi razılıq hələ bir neçə ay əvvəl əldə olunub.
 

writer photo
Əlirza Əlirzalı
0