Neymarla Verratti məşqdən kənar qaldı
09.08.2023 - 11:26
PSJ-nin iki futbolçusu komandanın son məşqinə qatılmayıb.
Apasport.az saytının məlumatına görə, Neymar və Marko Verratti hazırlıqdan kənar qalıb.
Neymarın əvvəlki məşqdə zədələndiyi bildirilir. Braziliyalı hücumçunun durumu hələ dəqiqləşməyib.
Markonun məşqə qatılmama səbəbi bəlli deyil. Hər iki futbolçunun komandadan ayrılmaq ehtimalı da var.
Qeyd edək ki, PSJ bu həftə Liqa1-də mübarizəyə başlayacaq. Avqustun 12-də parislilər “Loryan”la üz-üzə gələcək.
0
0