Bu gün Misli Premyer Liqasında XXIX tura start veriləcək.
Apasport.az saytının məlumatına görə, Qəbələdə eyniadlı komanda “Zirə”ni qəbul edəcək.
Avrokuboka iddialılar arasında mərkəzi qarşılaşmaya proqnoz açıqlanıb. Futbol eksperti Vyaçeslav Kozırev görüş üçün təkli kupon variantı təklif edib:
“Qəbələ”nin mükafatçılar sırasına düşmək şansı minimuma bərabər olsa da, rəqibinin qərarlaşdığı 4-cü pillə üçün mübarizə aparır. Evdəki duel bunun üçün yaxşı imkandır.
“Zirə” rəqibini cəmi 2 xal qabaqlayır. 4-cü pilləni qorumaq üçün bakılılar uduzmamalıdır.
Bu matçda məhsuldarlıqla bağlı proqnozlara üstünlük verirəm. Əminəm ki, hər komanda ən azı 1 dəfə rəqib qapısına yol tapacaq. Tərəflər Üst oynayacaq.
Proqnozum: Q/Q (2,11 əmsal)