Karrasko da Səudiyyə Ərəbistanına getdi
04.09.2023 - 15:34
Karrasko da Səudiyyə Ərəbistanına getdi

Daha bir tanınmış futbolçu karyerasını Səudiyyə Ərəbistanında davam etdirəcək.

Apasport.az saytı xəbər verir ki, Madrid "Atletiko"sunun hücumçusu Yannik Karrasko "Əl Şabab" klubunun şərəfini qoruyacaq. 

30 yaşlı forvardın keçidi ilə bağlı danışıqlar müsbət yekunlaşıb. Artıq İspaniyadan ayrılaraq Ərəbistan yarımadasına gələn oyunçunun yaxın saatlarda yeni klubu ilə müqavilə imzalayacağı bildirilir. Ərəblər Belçika millisinin üzvünə görə ispanlara 15 milyon avro ödəyiblər.

Qeyd edək ki, bu mövsüm La Liqada 3 matça çıxan Karrasko bir məhsuldar ötürmə ilə yadda qalıb.

writer photo
Əlirza Əlirzalı
0