"Barselona" "Mançester Yunayted"lə oyuna itkilərlə çıxacaq
22.02.2023 - 14:03
"Barselona" "Mançester Yunayted"lə oyuna itkilərlə çıxacaq

"Barselona" Avropa Liqasının pley-off mərhələsinin "Mançester Yunayted"lə cavab oyununa ciddi itkilərlə çıxacaq.  

Apasport.az saytı xəbər verir ki, Kataloniya klubunda Usman Dembele, Pedri və Qavi komandasına kömək edə bilməyəcək.

Bu futbolçulardan ilk ikisi zədə, Qavi isə sarı vərəqə limitinə görə matçda iştirak etməyəcək.

Əvəzində fevralın 5-dən meydana çıxmayan yarımmüdafiəçi Serxio Buskets yenidən "Barselona"nın heyətinə qayıdıb. 

Qeyd edək ki, "Mançester Yunayted" -  "Barselona" oyunu fevralın 24-də keçiriləcək və Bakı vaxtı ilə saat 00:00-da başlayacaq. İlk oyunda isə qollu heç-heçə olub – 2:2. 

writer photo
Əlirza Əlirzalı
0