"Roma"nın futbolçusu İngiltərə klubuna keçməyə razılaşdı, amma...
31.01.2023 - 23:44
"Roma"nın futbolçusu İngiltərə klubuna keçməyə razılaşdı, amma...

İtaliya millisinin və "Roma"nın futbolçusu Nikolo Dzanyolo İngiltərənin "Bornmut" klubundan imtina cavabı alıb.

Apasport.az xəbər verir ki, daha əvvəl komandadan ayrılmaq istəyən 23 yaşlı hücumameyilli yarımmüdafiəçi İngiltərə klubuna keçiddən imtina etmişdi.

İtalyan futbolçu dünən axşam fikrini dəyişərək "Bornmut"a keçmək üçün icazə alıb, lakin bu dəfə transferi "albalılar"ın özləri əngəlləyib. "Bornmut" bunu onların qış transfer pəncərəsində çox pul – 63 milyon avro xərcləməsi ilə izah edib.

Qeyd edək ki, daha əvvəl "Lidz"in Nikolo Dzanyolo ilə müqavilə bağlamaqda maraqlı olduğu məlum olmuşdu.

writer photo
Əlirza Əlirzalı
0