Ronaldo 1 milyon avroya saat aldı
18.05.2022 - 22:21
Ronaldo 1 milyon avroya saat aldı

“Mançester Yunayted”in hücumçusu Kriştiano Ronaldo şəxsi həyatı ilə növbəti dəfə gündəmə gəlib.

Apasport.az saytının məlumatına görə, portuqaliyalı superulduzun yeni qol saatı Avropa mətbuatının diqqətini cəlb edib.

Dəbdəbəli həyat sevən və bahalı əşyalara meylli olan 37 yaşlı forvard 1 milyon avroya saat alıb. Üzəri 232 almaz və 109 qara sapfirlə bəzədilən saat dünyada yalnız 126 ədəddir.

Özünəməxsus təsvirə malik olan saatda Ronaldonun “Bugatti Chiron” avtomobilinin markası ilə yanaşı, “CR7” loqotipi də yerləşdirilib.

writer photo
Əlirza Əlirzalı
0