Borclu klubların adları açıqlandı
24.07.2022 - 12:35
Borclu klubların adları açıqlandı

Ən çox borcu olan klubların adları bəlli olub.

Apasport.az saytı xəbər verir ki, araşdırmaya görə, “Barselona” hələ də dünyada ən çox borcu olan komandadır.

Yay fasiləsində bir neçə transfer həyata keçirən Kataloniya təmsilçisi 1 milyarddan çox borc içindədir.

Maraqlıdır ki, siyahının ilk 7 pilləsində qərarlaşanlar arasında “böyük beşlik”dən Almaniya və Fransa klubları yoxdur.

1. “Barselona” (İspaniya) – 1,3 milyard avro
2. “Yuventus” (İtaliya) - 900 milyon
3. “Tottenhem” (İngiltərə) - 826 milyon
4. “İnter” (İtaliya) - 702 milyon
5. “Milan” (İtaliya) - 666 milyon
6. “Real” (İspaniya) - 662 milyon
7. “Arsenal” (İngiltərə) - 625 milyon
 

writer photo
Əlirza Əlirzalı
0