Ronaldo dünya rekorduna imza atdı
12.06.2024 - 10:18
Ronaldo dünya rekorduna imza atdı

Portuqaliyalı hücumçu Kriştiano Ronaldo yeni dünya rekorduna imza atıb.

Apasport.az xəbər verir ki, forvard İrlandiya ilə beynəlxalq yoldaşlıq görüşündə meydana çıxıb. Bu, onun peşəkar səviyyədə 1226-cı oyunu olub.

Ronaldo matç sayında rekordçu keçmiş qolkiper Rocerio Cenini qabaqlayıb (1225).

Portuqaliyalı İrlandiya ilə matçda iki qol vurub. Görüş portuqalların qələbəsiylə başa çatıb – 3:0.

writer photo
Əlirza Əlirzalı
0