Ronaldo “Əl-Nəsr”in baş məşqçisini göndərir - SƏBƏB
12.04.2023 - 12:33
Ronaldo “Əl-Nəsr”in baş məşqçisini göndərir - SƏBƏB

“Əl-Nəsr” baş məşqçisi Rudi Qarsiya ilə vidalaşmağa hazırlaşır. 

Apasport.az saytı xəbər verir ki, buna komandanın kapitanı Kriştiano Ronaldonun fransalı mütəxəssisi bəyənməməsi səbəb olub. 

59 yaşlı məşqçinin işi onu qane etmir. Portuqaliyalı superulduz Səudiyyə Ərəbistanı klubunun daha yüksək səviyyədə çıxış etmək gücündə olduğuna inanır.

Artıq komanda rəhbərliyinin Qarsiyanın müqaviləsinə xitam verildiyi, lakin rəsmi açıqlanmadığı da bildirilir. 

Qeyd edək ki, “Əl-Nəsr” çempionatda keçirdiyi 23 matçda 53 xal toplayıb. Komanda lider “Əl İttihad”dan 3 xal geri qalır.

writer photo
Əlirza Əlirzalı
0